GERİ QAYTARILMA SİYASƏTİ

Geri qaytarma/Dəyişdirmə Siyasəti    Veb-sayt və mobil tətbiq vasitəsilə satılan malların geri qaytarılma və dəyişdirilməsi İstehlakçı Hüquqlarının Müdafiəsi Haqqında Qanununa uyğun olaraq tənzimlənir.   Geri qaytarılması qadağan olunan mallar istisna olmaqla, bütün mallar Azərbaycan Respublikasının İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunun 15-ci maddəsində qeyd edildiyi şərtlə 14 gün ərzində geri qaytarıla bilər.  
a)    Məhsul AR-nın NK-nin müvafiq qərarında siyahı halında dəyişdirilməsi/geri qaytarılması edilməyən mallardan deyilsə,   
b)    Aşkarlanan qüsur ancaq istehsal xətasına görə olan qüsurdursa və ya bu qüsur təhvil təslim zamanı ortaya çıxmışdırsa bu zaman geri qaytarma/dəyişdirmə icra edilir.    Mal qaytarılan/dəyişdirilən zaman qablaşdırması, alış sənədləri və aksesuarları (akseasuarları olan maldırsa) ilə birlikdə verilməlidir.   Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 114 saylı qərarına əsasən satın alınmış aşağıdakı məhsullar geri qaytarılmır və dəyişdirilmir: 
1. Qızıl və qızıl məmulatları. 
2. Qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar. 
3. İstehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr). 
4. Parfümer-kosmetika malları. 
5. Kişi, qadın və uşaq çimərlik paltarları. 
6. Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları. 
7. Məişət-kimyası malları. 
8. Şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.). 
9. Uşaq oyuncaqları. 
10. İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları. 
11. Ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar. 
12. Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları.