MƏXFİLİK SİYASƏTİ

Bu sənəddə (bundan sonra “Sənəd”) qeyd olunan şərtlər, www.cafetti.az saytı (bundan sonra “Veb-sayt”) və/və ya “Cafetti” mobil tətbiqi (bundan sonra “Mobil tətbiq”) ilə Veb-saytın və/və ya Mobil tətbiqin istifadəçisi (bundan sonra “İstifadəçi”) arasında mübadilə olunan qarşılıqlı məlumatların məxfiliyinin təmin edilməsi məqsədini daşıyır. Bu Sənəddə “İstifadəçi” dedikdə, Veb-sayta və/və ya Mobil tətbiqə həm üzv (müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər) qismində, həm də üzv olmadan (qeydiyyatdan keçmədən) ziyarətçi kimi daxil olan şəxslər nəzərdə tutulurlar. www.cafetti.az veb-saytının/mobil tətbiqinin “Məxfilik Siyasəti” Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun olaraq hazırlanmışdır. 1.    MƏXFİLİK ŞƏRTLƏRİ 1.1. İstifadəçinin nəzərinə çatdırırıq ki, onun tərəfindən  təqdim edilmiş məlumatlar “Fərdi məlumatlar haqqında” Qanunun 5.2-ci maddəsinə uyğun olaraq tərəfimizdən qorunur və İstifadəçinin özünün razılığı olmadan və ya qanunla müəyyən edilmiş hallar (“Fərdi məlumatlar haqqında” Qanunun 13-cü maddəsində göstərilən hallar) istisna olmaqla, heç bir halda üçüncü şəxslərə, idarə və təşkilatlara ötürülürmür. Bu Məxfilik Siyasəti çərçivəsində İstifadəçi işlənməsinə icazə verilmiş şəxsi məlumatları www.cafetti.az internet mağazasının saytında/mobil tətbiqində formanı dolduraraq  təqdim edir və aşağıdakı məlumatları daxil edir: 1.1.1.   İstifadəçinin soyadı, adı; 1.1.2.   İstifadəçinin əlaqə telefonu; 1.1.3.   Elektron ünvan (e-poçt); 1.1.4.   Malın çatdırılma ünvanı; 1.2. Yuxarıda göstəriləndən əlavə istənilən şəxsi məlumat (alış-verişin tarixi, istifadə edilən brauzerlər, əməliyyat sistemləri və s.) etibarlı şəkildə məxfi qorunub saxlanır.     2.    İSTİFADƏÇİNİN ŞƏXSİ MƏLUMATLARININ TOPLANILMASININ MƏQSƏDLƏRİ 2.1. İnternet-mağaza saytının/mobil tətbiqinin rəhbərliyi İstifadəçinin şəxsi məlumatlarını aşağıdakı məqsədlər üçün istifadə edir: 2.1.1.   İnternet-mağaza saytında/mobil tətbiqində qeydiyyatdan keçmiş İstifadəçinin identifikasıyası, sifarişin qəbul edilməsi və ya malların alqı-satqı Müqaviləsinin bağlanması üçün; 2.1.2.   İnternet-mağaza saytının/mobil tətbiqinin resurslarına İstifadəçinin girişi üçün; 2.1.3.   İstifadəçi ilə əks-əlaqənin yaradılması üçün, həmçinin İnternet-mağaza saytı/mobil tətbiqi ilə bağlı məlumat, sorğu, xidmətlərin göstərilməsi (İstifadəçinin sorğularının və sifarişlərinin emalı daxil olmaqla); 2.1.4.   İnternet-mağaza saytının/mobil tətbiqinin İstifadəçisini sifarişlərin vəziyyəti haqqında məlumatlandırmaq üçün; 2.1.5.   İstifadəçiyə sifariş verdiyi məhsulun çatdırıla bilməsi üçün; 2.1.6.   İnternet-mağaza saytının/mobil tətbiqin  istifadəsində yaranmış çətinliklərə görə İstifadəçiyə səmərəli müştəri və texniki dəstək göstərməsi üçün; 2.1.7.   İstifadəçinin razılığı ilə məhsulun yenilənməsi, xüsusi təkliflərin verilməsi, qiymətlər haqqında məlumat, yeniliklərin göndərilməsi və İnternet-mağaza və ya onun tərəfdaşları tərəfindən göndərilən digər məlumatlar üçün; 2.1.8.   İstifadəçinin razılığı ilə reklam fəaliyyətinin yerinə yetirilməsi üçün; 2.1.9.   İstifadəçinin İnternet-mağazanın tərəfdaşlarının saytlarına və servislərinə giriş imkanı və onların məhsulunun, xidmətlərinin və yeniliklərinin əldə edilməsi üçün.   3.    TƏRƏFLƏRİN ÖHDƏLİKLƏRİ 3.1. İstifadəçinin öhdəlikləri: 3.1.1.   İnternet-mağaza saytından/mobil tətbiqindən istifadə etmək üçün tələb olunan şəxsi məlumatları vermək; 3.1.2.   Həmin məlumat dəyişdiyi halda, onu yeniləmək, əlavələr etmək. 3.2. Saytın/Mobil tətbiqin Rəhbərliyinin öhdəlikləri: 3.2.1.   Əldə etdiyi məlumatları yalnız Məxfilik siyasətinin 2-ci bəndində göstərilmiş məqsədlər üçün istifadə etmək; 3.2.2.   Məxfi məlumatların gizliliyini qorumaq, İstifadəçinin yazılı razılığı olmadan onları açıqlamamaq, İstifadəçinin şəxsi məlumatlarını satmamaq, dəyişdirməmək, dərc etməmək, digər üsullarla yaymamaq 3.2.3.   İstifadəçinin şəxsi məlumatlarının məxfiliyini təmin etmək üçün mövcud qaydalara əsasən  mümkün tədbirlər görmək. 3.2.4.   Şəxsi məlumatların düzgün olmadığı, və ya qeyri-hüquqi hərəkətlər səbəbindən İstifadəçinin şəxsi məlumatlarının səlahiyyətli orqanlar tərəfindən yoxlandığı dövrdə, və ya İstifadəçinin özünün və ya nümayəndəsinin müraciətinə əsasən şəxsi məlumatı bloklamaq.   4.    ŞƏXSİ MƏLUMATLARIN İŞLƏNMƏSİNİN ÜSULLARI VƏ MÜDDƏTİ 4.1. İstifadəçinin şəxsi məlumatlarının işlənməsi vaxt məhdudiyyəti qoyulmadan, istənilən qanuni üsul ilə, həmçinin avtomatlaşdırma və avtomatlaşdırma olmadan şəxsi məlumatların informasiya sistemində həyata keçirilir. 4.2. İstifadəçi məlumatın saytın Administrasiyası tərəfindən üçüncü şəxslərə (çatdırılma xidmətinə, poçt təşkilatlarına, rabitə operatorlarına) www.cafetti.az internet mağazasının saytında/mobil tətbiqində qanuniləşdirilmiş sifarişi yerinə yetirmək üçün ötürülməsinə razılıq verir. 4.3. İstifadəçinin şəxsi məlumatları Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanlarına yalnız Azərbaycan Respublikası qanunvericiliyində müəyyən olunmuş qaydada təqdim oluna bilər.   5.    ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏRİN EDİLMƏSİ 5.1. Sayt/Mobil tətbiq Rəhbərliyi bu Məxfilik siyasətinə İstifadəçinin razılığı olmadan dəyişikliklərin edilməsi hüququna malikdir. 5.2. Yeni Məxfilik siyasəti onun internet-mağazanın saytında/mobil tətbiqində yerləşdirilməsi anından qüvvəyə minir (əgər başqa şərt yeni redaksiyada nəzərdə tutulmayıbsa). 5.3. Bu Məxfilik siyasəti ilə əlaqəli  bütün təkliflər və suallar ilə bağlı[email protected][email protected]ünvanlarına müraciət edilməlidir.